Xəzər Xəbər

Bölgələrdə ümummilli lider Heydər Əliyevin anım günü keçirilib - VİDEO

Veb TV | 20:36 • 12 Dekabr 2017
Bölgələrdə ümummilli lider Heydər Əliyevin anım günü keçirilib -

Ulu öndər Heydər Əliyevin 14-cü anım günü ilə əlaqədar rayonlarda silsilə tədbirlər keçirilib.

Gəncədə ulu öndərin anım mərasimi keçirilib.

Rəsmi şəxslər və Gəncə sakinləri ulu öndər Heydər Əliyevin şəhərin Baş meydanındakı abidəsini ziyarət ediblər. Sonra Şəhərin Baş meydanında quraşdırılan böyük monitorda dünya şöhrətli insanın həyatından bəhs edən film nümayiş etdirilib.

Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü Sumqayıtda da böyük izdihamla qeyd olunub. Şəhər rəhbərliyi, ictimaiyyət, hüquq-mühafizə orqanlarının nümayəndələri, millət vəkilləri, şəhərin təhsil, səhiyyə, mədəniyyət işçiləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. Çıxışlarda bildirilib ki, Azərbaycan tarixinin son 35 ilə yaxın bir dövrü ərzində ölkəmizin içtimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq amallarının yadigarları olmasın.

Mingəçevirdə də bu gün insan axını müşahidə edilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi şəhər mərkəzində, dahi şəxsiyyətin abidəsi önündə anılıb.

Şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri Heydər Əliyevin ruhuna ehtiram göstərib, abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra anım mərasimi dəyirmi masa ətrafında davam etdirilib.

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin 14-cü anım günü Azərbaycanın hər yerində olduğu kimi, Lənkəran rayonunda da qeyd olunub. Səhər saatlarından başlayaraq rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək dahi rəhbərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024