Xəzər Xəbər

Məhkumlara yeni nəzarət növü tətbiq ediləcək - VİDEO

Veb TV | 18:48 • 18 Noyabr 2017
Məhkumlara yeni nəzarət növü tətbiq ediləcək -

Məhkumlara yeni nəzarət növü tətbiq ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, Cəzaların İcrası Məcəlləsinə yeni maddə əlavə edilir. Yeni 15-1-ci maddəyə əsasən probasiya nəzarəti azadlqıdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumlar üçün tətbiq ediləcək. Həmçinin, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər üçün də probasiya nəzarəti təyin olunacaq.

Probasiya nəzarəti müvafiq icra hakimiyyəti tərəfindən həyata keçiriləcək. İcra məmurları elektron nəzarət vasitələrini məhkumlara tətbiq edəcək və məhkum tərəfindən qaydalara riayət edilməsinə nəzarət edəcəklər. Məhkumların islah edilməsi, sosial adaptasiya və reablitasiyasına yönəlmiş kompelks sosial-hüquqi xarakterli tədbirlər də həyata keçiriləcək.

Məhkumun olduğu yer müəyyən edilmədikdə 10 günədək müddətdə onun axtarılması ilə əlaqədar ilkin tədbirlər həyata keçiriləcək. 10 gündən artıq müddət də müəyyən edilmədikdə onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul ediləcək və məhkumun tutulması barədə vəsatət qaldırılacaq.

Qeyd edək ki, Cəzaların İcrası Məcəlləsinə təklif edilən yeni maddə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculugu komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti