Xəzər Xəbər

Mənzil alanlar üçün VACİB XƏBƏR: bu tələb qadağan edilir - VİDEO

Veb TV | 18:56 • 18 Noyabr 2017
Mənzil alanlar üçün

Bir mənzilin bir neçə nəfərə satılması kimi neqativ halların qarşısı alınır.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir. Yenilik, tikintisi başa çatmayan binalarda mənzillərin alqı-satqısı prosesinin tənzimlənməsi məqsədilə hazırlanıb.Təklifə əsasən tikintisi başa çatmayan çoxmənzilli binalarda alqı-satqı zamanı müqavilələrin notarial təsdiqi tələb edilir.

İlkin qeydiyyat sənədinin olması vətəndaşda tikintiyə dair əminlik yaradır. Qeydiyyat sənədi tikintinin qanun çərçivəsində həyata keçirildiyini göstərir.Vətəndaş hansısa şirkətdən mənzil almaq istəsə, mütləq tikintisi davam edən binanın qeydiyyat sənədinin olub-olmamasını yoxlamalıdır.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, digər dəyişikliklə tikintisi başa çatmayan binalardakı mənzilin pulunu tam şəkildə almaq qadağan edilir. İndiyə qədər bir sıra tikinti şirkətləri mənzilin pulunu əvvəlcədən alıb, daha sonra tikinti başa çatmamış aradan çıxırdılar.

Sözügedən təkliflər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti