Xəzər Xəbər

Peru 36 il sonra dünya çempionatına vəsiqə qazandı VİDEO

Veb TV | 13:01 • 17 Noyabr 2017
Peru 36 il sonra dünya çempionatına vəsiqə qazandı

Bu gün DÇ-2018-ə vəsiqə qazanan sonuncu – 32-ci komandanın adı bəlli olub.

Qitələrarası pley-off mərhələsində Peru ilk oyunda səfərdə 0:0 hesablı heç-heçə etdiyi Yeni Zellandiyanı qəbul edib. Cavab matçında doğma meydanda 2:0 hesabı ilə qalib gələn Peru mundiala vəsiqə qazanan sonuncu yığma olub.

Cənubi amerikalılaruğurunu 36 il sonra təkrarlayıb. Peru sonuncu dəfə mundialda1982-ci ildə çıxış etmişdi.

DÇ-2018
Qitələrarası pley-off, cavab oyunu

Peru – Yeni Zelandiya – 2:0
Qollar:
Cefferson Farfan, 28, Kristian Gilyerme Ramos, 65
İlk oyun – 0:0

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024