Xəzər Xəbər

Kanadanın baş naziri kameralar qarşısında ağladı VİDEO

Veb TV | 17:59 • 19 Oktyabr 2017
Kanadanın baş naziri kameralar qarşısında ağladı

Kanadanın baş naziri Castin Trüdo rok-musiqiçi Qordon Dauninin ölməyi ilə bağlı çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

Bu barədə "CBC news” xəbər verir.

"Qord mənim dostum idi, o, bizim hamımızın dostu idi. Bizim əziz Qordumuz”, - Trüdo bildirib.

"Bizim ölkəmiz Qord Daunisiz sanki kiçildi. Göz yaşlarımı saxlaya biləcəyimi düşünürdüm, amma bu, dözülməzdir”, - deyə baş nazir etiraf edib.

Qordon Dauni Kanadanın ən məşhur rokçusu və "The Tragically" qrupunun frontmeni idi. 53 yaşlı müğənni oktyabrın 17-də beyin xərçəngi xəstəliyindən dünyasını dəyişib.

Xəbər lenti