Xəzər Xəbər

Biləsuvarda məişət tullantıları içməli su kanalına atılır VİDEO

Veb TV | 20:52 • 14 Sentyabr 2017
Biləsuvarda məişət tullantıları içməli su kanalına atılır

İzafi suların axıdılması üçün nəzərdə tutulan kollektorlara isə tövlələrdəki çirkablar axıdılır. Hətta qeyri-qanuni olaraq tövlələrdən kollektora borular da çəkilib.

İçməli su kanallarına məişət tullantıları atılır, kollektorlara isə mal tövlələrinin çirkabı axıdılır. Görüntülər Biləsuvarın Amankənd kəndindəndir. Kənddə izafi suların axıdılması üçün nəzərdə tutlan kanala mal tövlələrinin çirkab suları axıdılır. Bunun üçün hətta qeyri-qanuni olaraq tövlələrdən kanala xüsusi borular da çəkilib. Hazırki isti havalarda burada acınacaqlı vəziyyət yaranıb. Kanalda su olmadığı üçün axıntılar burada toplanaraq xoşagəlməz iyin yaranmasına səbəb olur.

Ərazidəki içməli su kanallarına isə məişət tullantıları atılır.

Məslə ilə bağlı Amankənd bələdiyyəsinin sədri Füzuli Məmmədov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən kollektor texnikalar vastəsi ilə qazılaraq tullantılardan qismən təmizlənib. Tövlələrdəki tullantıların axıdılması üçün basdırılan boruların ləğv olunmasından ötrü də müvafiq qurumlara müraciət edilib. Bələdiyyə sədri əlavə etdi ki, içməli su kanllarının da təmizlənməsi yaxın vaxtlarda həyata keçiriləcək. Kanala məişət tullantıları atan şəxslər barəsində isə müvafiq tədbirlər görüləcək.



Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024