Xəzər Xəbər

Bakıda liftdə iki qadını bıçaqlayan şəxslər saxlanıldı VİDEO

Veb TV | 20:54 • 4 Sentyabr 2017
Bakıda liftdə iki qadını bıçaqlayan şəxslər saxlanıldı

Bir neçə gün əvvəl Bakıda baş vermiş ağır cinayətin üstü açılıb. İki qızı yaşadığı binanın liftində bıçaqlayan şəxs və onun sifarişçisi tutulub. Məlum olub ki, qızları bıçaqlayan onların rəfiqəsinin sevgilisidir. Sifarişi isə elə qızların rəfiqəsi verib.

Qız, sifarişlə iki rəfiqəsini bıçaqladıb. Qanlı hadisə avqustun 30-da gecə saatlarında paytaxtın Nizami rayonunda baş verib. Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetirib. Qızlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiklərindən həmin vaxt onların ifadəsini almaq mümkün olmayıb.

Hadisə barədə məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bölmə əməkdaşları tərəfindən qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Hadisəni törədən Şəhriyyar Əlizadə ilkin ifadəsində onu da bildirib ki, bıçaqladığı hər iki qadın onun qeyri rəsmi yaşadığı Elyanora Osmanova haqqında təhqiramiz ifadələr işlədiblər. Bu səbdən də Şəhriyyar Əlizadə yaşadıqları binanın qarşısına gələrək onları gözləyib. Qadınlar gecə yarısı gəlib liftə minərkən Şəhriyyar da onlarla qalxıb və 9-cu mərtəbəyə qədər onlardan birinə 8, digərinə isə 11 bıçaq zərbəsi vurub. Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanılıb.


Xəbər lenti

Çox oxunanlar