Xəzər Xəbər

Sərnişin sürücünü boğmağa çalışdı: saxlamadığı üçün - VİDEO

Veb TV | 20:55 • 4 Sentyabr 2017
Sərnişin sürücünü boğmağa çalışdı:

Bakıda daha bir avtobus sürücüsünə hücum olub. Bu dəfə də dayanacaqdan kənarda avtobusu saxlatmaq istəyən sərnişin sürücü ilə mübahisə edib. Uzun mübahisədən sonra sərnişin sürücüyə hücum edərək, onu sükan arxasında boğub. Görüntülər avtobusun təhlükəsizlik kamerasına düşüb.

Yaşlı kişi avtobus sürücüsünə hücum edərək onu boğur. Görüntülər Bakıda 96 saylı xətt üzrə hərəkət edən avtobusdandır. Buna səbəb sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub.

Belə ki, sürücü sərnişinlərə avtobusun Heydər Əliyev adına Sarayın arxasından dönərək, "5 mərtəbə" adlanan ərazidə son dayanacağa gedəcəyi barədə məlumat verib. İrəlidə dayanacaq olmadığı üçün də avtobusu saxlamaq mümkün olmayacaq. Lakin sərnişinlərdən biri avtobusu dayanacaqdan kənarda saxlatmaq istəsə də, sürücü buna razı olmayıb. Bu zaman isə həmin sərnişin, sürücü Adil Vahabova hücum edərək onu boğmağa başlayıb.

İnadkar sərnişin əlini sürücüdən çəkib biraz kənarlaşsa da, qapının açılmadığını görüb təkrar sürücüyə hücum edərək onu yenə də boğmağa başlayıb. Yaşlı kişi sürücüyə zor tətbiq etdikdən sonra qapını açdırıb və sürücünü təhqir edərək dayanacaq olmayan yerdə avtobusdan enib.

İndi görüntülər əsasında zərərçəkmiş sürücü Yasamal rayon Polis idarəsinə müraciət edəcəyini deyir.


Xəbər lenti