Xəzər Xəbər

Diqqətli OLUN: Fırıldaqçıların qurbanına çevirilməyəsiniz - VİDEO

Veb TV | 10:24 • 1 İyul 2017
Diqqətli OLUN:

Sosial şəbəkələrdə bəzi səhifə istifadəçiləri telefonların icloudlarının sındıracağını iddia edir. Bu isə o deməkdir ki, bütün apple markası telefonları rahat şəkildə başqaları tərəfindən istifadə edilə bilər. Ancaq mütəxəssislər bu iddiaların doğru olmadığını deyir və insanları diqqətli olmağa çağırır. Mütəxəssislərin sözlərinə görə, icloudları heç vaxt sındırmaq olmur.

Birində 50 manata, başqa birində isə 60 manata iclouda düşən telefonların çıxarılacağı yazılıb.

Son dövrlər sosial şəbəkələrdə bu cür səhifələrin sayı artır. Elanlarda koda düşmüş və ya parolu bilinməyən apple telefon və planşet istifadəçilərinə icloudların sındırılacağı vədləri verilir. Bu isə başqasının telefonunun cəmi 50 manata özününküləşdirməyin mümkün ola biləcəyini göstərir

Uzun illərdir proqramçı işləyən Müşfiq Şıxəliyev deyir ki, sözügedən cihazlarda icloudların sındırılması heç vaxt mümkün deyil. Yəni insanlar bu kimi vədlərə inanmamalıdırlar.

Müşfiq Şıxəliyevin sözlərinə görə, icloudların bərpası zamanı mütləq müştərinin şəxsiyyət vəsiqəsi tələb edilməlidir. Çünki bu zaman telefonun oğurluq olub-olmamasını da bilmək olur.

Mütəxəssis deyir ki, cihaza icloud açdıran zaman insanlar mütləq bəzi nüanslara diqqət etməlidirlər. Əks halda əlvavə maddi ziyana düşəcəksiniz.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024