Xəzər Xəbər

Güclü yağış rayonlarda fəsadlar törədib - VİDEO

Veb TV | 19:26 • 17 İyun 2017
Güclü yağış rayonlarda fəsadlar törədib -

Güclü yağış Şamaxı rayonunda fəsadlar törədib.

Xezerxeber.az məlumat verir ki, leysan və külək nəticəsində Şamaxıda küçələrin asfalt örtüyü dağılaraq çalalar əmələ gəlib. Yollardakı su axarları da daş və çınqıllarla dolub.

Bir neçə küçədə selin gətirdiyi iri daşlar yollarda toplanaraq avtomobillərin hərəkətində çətinlik yaradıb.

Məmməd Əmin Rəsulzadə küçəsində sel yolun üzəri ilə aşaraq həyətlərə və evlərə dolub.

Aidiyyəti qurumlar tərəfindən yollarda yığılan daşlar təmizlənib, su axarları açılıb və həyətlərə dolan su nasoslar vasitəsi ilə çəkilib.

Güclü yağış Şirvanda da fəsadlara yol açıb. Şəhərin əsas küçə və prospektlərində avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaranıb. Fərdi yaşayış evlərinin həyətlərinə və zirzəmilərinə su dolub, xeyli ev quşu tələf olub. Dəymiş ziyanın müəyyən edilməsi istiqamətində işlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024