Xəzər Xəbər

Bilgəhdəki güllələnmə ilə bağlı YENİ FAKTLAR SƏBƏB PUL OLUB - VİDEO

Veb TV | 20:53 • 26 May 2017
Bilgəhdəki güllələnmə ilə bağlı YENİ FAKTLAR

Borc pul üstündə qohumunu güllələyən şəxs danışıb. Saxlanılan şəxsin sözlərinə görə, qohumundan borcunu istəyib. Pulu istəməsinə görə təhqir olunan şəxs atasına məxsus silahdan bir neçə dəfə atəş açaraq onu yaralayıb. Qanlı cinayət bir neçə gün əvvəl Bakıda olub.

Qohumunu güllələyən şəxs hadisəni borc üstündə törədib. Hadisə 3 gün əvvəl gecə saatlarında paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində olub. Qəsəbə sakini 35 yaşlı Ramid Rəhimov Tərlan Dadaşova odlu silahdan atəş açaraq yaralayıb. Boynundan güllə yarası alan Tərlan Dadaşov dərhal xəstəxanaya gətrilib və əməliyyat olunub.

Məlumata görə, Ramid Rəhimovun güllələdiyi 41 yaşlı Tərlan Dadaşov onun qohumudur. Tərlan bir müddət əvvəl Ramiddən 3 min manat borc pul alıb. Lakin vəd etdiyi vaxtda geri qaytarmayıb. Elə bunun üstündə də qohumlar arasında mübahisə düşüb.

Ramid Rəhimov kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəngi götürərək qohumunu öldürməyə gedib. Ramid Tərlanın baş nahiyəsinə atəş açsa da güllə onun boynuna dəyib. Nəticədə Ramid Rəhimov 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan vaxt ondan hadisə törədilərkən istifadə edilən tüfəng, 14 ədəd patron və 1 giliz də götürülüb. Faktla bağlı isə rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanıb.


Xəbər lenti