Xəzər Xəbər

Nazirlərin üçtərəfli görüşü baş tutdu VİDEO

Veb TV | 20:55 • 28 Aprel 2017
Nazirlərin üçtərəfli görüşü baş tutdu

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərini müzakirə ediblər. Moskvada keçirlən görüşün yekun bəyanatında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın üçtərəfli görüşü keçirilib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Görüşün yekunları ilə bağlı bəyanatda bildirilir ki, Məmmədyarov və Nalbandyan münaqişənin sülh yolu ilə həllindəki səylərinə görə Lavrova təşəkkür ediblər. Tərəflər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar.

Aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək.

Üçtərəfli danışıqların yekunları əsasında onların ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü olub. Görüşdə münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.



Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024