Xəzər Xəbər

Leş mafiyasına qarşı polis əməliyyatı: Mənşəyi məlum olmayan 1 ton ət aşkarlandı - VİDEO

Veb TV | 20:52 • 27 Aprel 2017
Leş mafiyasına qarşı polis əməliyyatı:

Bu dəfə mənşəyi bilinməyən 1 ton ət Daşkəsəndə aşkar edilib. Xeyli miqdarda ətin haradan və necə əldə edildiyi araşdırılır. Ətin aşkarlandığı avtomobil kolbasa istehsal edən müəssisəyə aid olub.

Yük yerindən gələn üfünətli qoxu, polislərdə şübhə yaradıb. Daşkəsənin Dövlət Yol Polisi əməkdaşları qayda pozduğuna görə, Gəncə şəhər sakini Nafiq Əliyevin idarə etdiyi yuk avtomobilini saxlayıb.İşin üstü açılıb.

Əraziyə çağrılan əməliyyat qrupu mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb.

Ətlərə baxış keçirib müvafiq rəy alınması üçün əraziyə rayon baytarları dəvət edilib. Müəyyən edilib ki, ətlər rayonun Quşçu kəndi ərazisində fəaliyyət göstərən sexdən götürülüb. Hüquq mühafizə orqanları və baytar həkimləri sözügedən ünvana baxış keçirən zaman oradan 5 tondan çox mənşəyi məlum olmayan və iri buynuzlu mal-qaraya məxsus baş və ayaqlar eləcə də heyvanların digər daxili orqanları aşkarlanıb.

Əməliyyat yolu ilə məlum olub ki heyvanların baş və ayaq hissələri sonradan Kəmərqaya kəndi ərazisindəki zibil poliqonuna atılıb. Həmin poliqondan da xeyli sayda maddi sübut aşkarlanaraq götürülüb. Ətlərdən götürülən nümunələr isə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbər lenti