Xəzər Xəbər

Ünvanına protokol göndərilmədən avtomobilə həbs qoyuldu VİDEO

Veb TV | 20:05 • 22 Mart 2017
Ünvanına protokol göndərilmədən avtomobilə həbs qoyuldu

Paytaxtda sürücülərdən biri maraqlı vəziyyətlə üzləşib. Bir müddət əvvəl qayda pozuntusuna görə sürücüyə protokol tərtib edilsə də, ünvanına məktub göndərilməyib. Daha sonra polis onu yolda saxlayıb ki, avtomobil cərimə meydançasına getməlidir.

Paytaxt sakini qəribə vəziyyətlə üzləşib. Ona qayda pozuntusuna görə protokol tərtib edilsə də,ünvanına məktub gəlməyib. Bir müddət keçəndən sonra xəbərsiz olduğu halda avtomobili cərimə meydançasına aparıblar.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, yol polisinin informasiya bazasında sürücünün qayda pozuntusu haqqında məlumatları fərqlidir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov "Xəzər Xəbər”ə bildirib ki,ilk növbədə araşdırılmalıdır ki,sürücünün ünvanına göndərilən məktub hansı səbəbdən ona çatmayıb. Ünvanda kimsə olmayıb,yoxsa poçtalyon səhlənkarlıq edib.Yalnız bundan sonra dəqiq nəyisə söyləmək olar.


Xəbər lenti