Xəzər Xəbər

"Neftçi" yubileyi qələbəylə qeyd etdi VİDEO

Veb TV | 13:15 • 19 Mart 2017
"Neftçi" yubileyi qələbəylə qeyd etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun daha bir oyunu keçirilib.

"Neftçi" komandası 80 illik yubileyinə təsadüf edən görüşdə "İnter"lə qarşılaşıb.

"Bakcell Arena"da təşkil olunmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 42-ci dəqiqədə Huqo Barqas açıb. 70-ci dəqiqədə Rəhman Hacıyev növbəti qolu vurub. Bundan cəmi 1 dəqiqə sonra isə Nizami Hacıyev fərqi azaldıb.

Bu qələbə sayəsində xallarını 26-ya çatdıran "Neftçi" 5-ci pilləyə yüksəlib. "İnter" isə 39 xalla 3-cü pillədə qalıb.

"Neftçi" "İnter"lə oyunda 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

Rəmzi olaraq saat 19:37-də başlanan qarşılaşmaya flaqmanın futbolçuları sovet dövründə olduğu kimi, 1-dən 11-dək nömrəli formalarla məşhur "Futbol marşı"nın sədaları altında çıxıblar.

Formalar isə komandanın 1949-1950-ci illərdə geyindiyi görkəmdə, qapıçı isə kepkada olub. Topa ilk zərbəni Kazbek Tuayevlə Çingiz İsmayılov endirib. Onlar meydanın mərkəzində topla fint də ediblər.

"Neftçi" - "İnter" 2:1

QOLLAR:Uqo Barqas, 42, Rəhman Hacıyev, 70 - Nizami Hacıyev, 71



Xəbər lenti