Xəzər Xəbər

Azərbaycan məhsullarına Rusiya bazarlarında tələbat yüksəkdir - REPORTAJ - VİDEO

Veb TV | 19:51 • 18 Mart 2017
Azərbaycan məhsullarına Rusiya bazarlarında tələbat yüksəkdir -

Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən çox ixrac edildiyi ölkə Rusiyadır.

Xezerxeber.az-ın məlumatına görə, bu ölkənin elə bazarı yoxdur ki, orda Azərbaycanda istehsal olunan aqrar məhsula rast gəlinməsin. Elə ruslarin da bizim məhsullarımıza rəğbəti böyükdür. Əməkdaşımız Şəhriyar İmanbəylinin hazirladığı süjet də elə bu barədədir.

Rusların dadına doymadıqları Azərbaycan məhsulları Rusiya bazarlarında ən çox alınan xarici meyvə-tərəvəzlər sırasındadır.

Keyfiyyətindən asılı olaraq dəyişən qiymətlər ruslar üçün normal hesab edilir.

Azərbaycanlı satıcılar deyirlər ki, yerli ruslar Azərbaycan istehsalı olan meyvə-tərəvəzin dadına bələddirlər.

Onların sözlərinə görə, ruslar Azərbaycan məhsulunu ayırd edə bildikləri üçün başqa ölkələrə məxsus malları Azərbaycan malı adından satmaq çətindir.

Azərbaycanda yetişən pomidor, xiyar, alma və nar kimi məhsullar bazarlarda digər ölkələrin məhsullarına nisbətən daha yaxşı satılır.

Rusiyanın ən böyük meyvə-tərəvəz və ərzaq anbarı olan "Fud Siti"dən "Xəzər Xəbər”ə verilən məlumata görə, hər il bu bazara Azərbaycandan minlərlə ton məhsul qəbul edilir.

Görünən odur ki, Rusiya bazarlarında Azərbaycan məhsullarına tələbat hələ də böyükdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti