Xəzər Xəbər

Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirib - VİDEO

Veb TV | 19:22 • 11 Mart 2017
Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirib -

Dövlət Təhlükəsizliyi Xidməti daha bir uğurlu əməliyyat keçirib.

Xezerxeber.az məlumat verir ki, əməliyyat nəticəsində silah qaçaqmalçılığı ilə məşğul olan 2 nəfər zərərsizləşdirilib. Qurumun yaydığı açıqlamada bildirilir ki, qabaqcadan əlbir olan şəxslər tərəfindən xüsusilə ağır cinayətlər törətmək məqsədilə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələrin ölkəyə gətirilməsi, saxlanması və daşınması barədə məlumatlar daxil olub. Bu məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Bu cinayət əməllərində şübhəli olan Azər Hüseynov və Əli İslamovun saxlanılması üçün martın 10-da xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı onların hər ikisi yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib və qanunla müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib.

Azər Hüseynov və Əli İslamovun qanunsuz saxladıqları 1 ədəd "AKSU-74" tipli avtomat, 2 ədəd "Makarov" tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapança, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar