Xəzər Xəbər

Tələbələrin əksəriyyəti nəqliyyat vasitəsini dəyişiblər - DƏHŞƏTLİ QƏZADAN SONRA - VİDEO

Veb TV | 19:42 • 10 Mart 2017
Tələbələrin əksəriyyəti nəqliyyat vasitəsini dəyişiblər -

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında 5 tələbənin ölməsindən sonra Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin əksəriyyəti nəqliyyat vasitəsini dəyişiblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar bildirir ki, artıq Bakıdan Sumqayıta dərsə gedən zaman ara avtomobillərdən yox, avtovagzaldan istifadə edirlər.

Məlum olur ki, Bakıdan gələn tələbələrin əksəriyyəti minik vasitəsi kimi mikroavtobuslardan istifadə edirlər. Bunun səbəbini həm tez gəlmələri, həm də mikroavtobusların universitetin yaxınlığına getməsi ilə izah edirlər. Çünkin onlar avtovagzala gedəndə əlavə marşrutdan istifadə etmək məcburiyyətində qalırlar.

Ötən gündən Bakı-Sumqayıt və əks istiqamətdə gedən mikroavtobuslar xəttdən kənarlaşdırılıb. Bu tələbələrin hərəkətinə də təsir göstərib. Onlar paytaxtdan birbaşa universitetin yaxınlığına gedən marşurut xəttinin açılmasını məqsədəuyğun hesab edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti