Xəzər Xəbər

Yeni peykin orbitə çıxarılması üçün danışıqlar aparılır

Texnologiya | 14:59 • 26 Aprel 2023
Yeni peykin orbitə çıxarılması üçün danışıqlar aparılır

Son günlərdə mediada Azərbaycanın xarici ölkədən peyk alacağı barədə məlumat yayılıb. Məlumat auditoriyaya natamam, bəzən isə təhrif olunmuş formada çatdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərkosmos" məlumat yayıb. 

Qeyd olunub ki, ümumiyyətlə, yeni peykin hazırlanması və istismara verilməsi prosesindən əvvəl əsaslı şəkildə araşdırma tələb olunur. Peyk xidmətlərində müştərinin yenilik, dəyişiklik, uyğun qiymət, satış sonrası dəstək, innovativlik kimi tələbləri var. Bu gözləntilər daim dəyişir və yenilənir: "Eyni zamanda peykin orbitə buraxılmasından əvvəl gələcəkdə yeni peyk layihəsindən ölkəmizin əldə edə biləcəyi iqtisadi və qeyri-iqtisadi faydaları və səmərələri öyrənilir. 

"Azərkosmos" Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu peyk istehsalçısı olan şirkətlərlə danışıqlar aparır. Bu, davamlı prosesdir və ölkəmiz və müştərilərimiz üçün ən uyğun seçim edilənə qədər davam edəcək". 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024