Xəzər Xəbər

Azərbaycanda “Google Pay” sistemi aktivləşdi

Texnologiya | 09:22 • 23 Avqust 2022
Azərbaycanda “Google Pay” sistemi aktivləşdi

“Google Pay” yerli bankların sisteminə inteqrasiya olunub.

Xezerxeber.az "APA-Economics”ə istinadən xəbər verir ki, hazırda “Google Pay” funksiyası tam işləkdir və yaxın günlərdə banklar tərəfindən xidmətin istifadəyə verilməsinə dair məlumatlar təqdim ediləcək.

Qeyd edək ki, “Google Pay” nağdsız ödənişlərin aparılması üçün istifadə olunan proqram təminatıdır.

Sistem 2015-ci ilin sentyabrın 11-də yaradılmış ödəmə sistemidir və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.

Xəbər lenti