Xəzər Xəbər

Məşhur casus proqramı haqqında ŞOK iddia – “Apple” 11 diplomata XƏBƏRDARLIQ ETDİ

Texnologiya | 11:17 • 5 Dekabr 2021
Məşhur casus proqramı haqqında ŞOK iddia – “Apple” 11 diplomata XƏBƏRDARLIQ ETDİ

20 ölkədə 1400-dən çox insanı, o cümlədən 100 jurnalist və hüquq müdafiəçisini izləyiblər …

İsrail mərkəzli “NSO Group” tərəfindən hazırlanan "Pegasus" adlı casus proqramının xaricdə çalışan ABŞ diplomatlarının telefonlarına giriş imkanı əldə etmək üçün istifadə edildiyi iddia edilib.

“Washington Post”un xəbərinə görə texnologiya nəhəngi “Apple” 11 ABŞ diplomatına telefonlarının son aylarda “Pegasus” tərəfindən haker hücumuna məruz qalması barədə xəbərdarlıq edib.

“Apple” şirkəti sözügedən diplomatların Uqanda və digər Şərqi Afrika ölkələrində işlədiyini və ötən aydan etibarən onlara xəbərdarlıq etməyə başladıqlarını qeyd edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının verdiyi yazılı açıqlamada "NSO" da daxil olmaqla bəzi şirkətlərin ötən ay qara siyahıya salındığı bildirilib. “Biz "NSO Group"u kimi bəzi kommersiya casus proqramlarının ciddi əks-kəşfiyyat və təhlükəsizlik təhdidi yaratdığından narahat idik. Bayden administrasiyasıın belə alətlər hazırlayan bəzi şirkətləri qara siyahıya salmasının səbəblərindən biri də budur",– deyə bəyanatda qeyd edilib.

17 media qurumunun “Amnesty İnternational” və beynəlxalq jurnalistlər konsorsiumu “Forbidden Stories” ilə əməkdaşlıqda apardıqları araşdırmada İsrail mərkəzli “NSO” qrupuna aid “Pegasus” casus proqramının qlobal miqyasda geniş yayılmış və zərərli məqsədlər üçün istifadə edildiyi iddia edilib.

Afrikadan Avropaya qədər ən azı 10 ölkənin hökumətlərinin “NSO Group”un müştəriləri olduğu və casus proqramların fəalları, jurnalistləri, hüquqşünasları və siyasətçiləri hədəf almaq üçün hökumətlərə satıldığı iddia edilirdi.

İddialara görə, dünya üzrə 50 mindən çox telefon nömrəsi bu casus proqram tərəfindən izlənilib.

“NSO Group” isə bütün ittihamları rədd edərək, "ölkələrə və ya hüquq-mühafizə orqanlarına terrorizm və ağır cinayətlərlə mübarizədə onlara kömək etmək üçün texnoloji xidmətlər göstərdiyini" iddia edib.

“WhatsApp” sosial şəbəkəsi də “NSO Group”a qarşı iddia qaldıraraq şirkətin 20 ölkədə 1400-dən çox insanı, o cümlədən 100 jurnalist və hüquq müdafiəçisini izlədiyini iddia edib.

Cib telefonunu "nəzarət" cihazına çevirə bilən bu casus proqramla mikrofon, kamera, mesajlar, səs yazıları və kontaktlar kimi bir çox sistemlərə istifadəçinin xəbəri və razılığı olmadan daxil olmaq mümkündür.

ABŞ administrasiyası 3 noyabrda İsraildə fəaliyyət göstərən texnologiya şirkətləri olan “NSO Group” və “Candiru” da daxil olmaqla 4 şirkəti xarici ölkələrə casus proqram satdıqları səbəbilə qara siyahıya salmışdı.

Musavat.com

Xəbər lenti