Xəzər Xəbər

Tramp öz sosial şəbəkəsini qurur-1 milyardlıq layihə

Texnologiya | 21:35 • 5 Dekabr 2021
Tramp öz sosial şəbəkəsini qurur-1 milyardlıq layihə

ABŞ-ın keçmiş prezidenti Donald Trampın sahibi olduğu “Trump Media & Technology Group Corp.” (TMTG) adı çəkilməyən “institutsional sərmayəçilər qrupundan” alınan 1 milyard dollarlıq investisiya müqabilində internetdə yeni sosial şəbəkə saytının qurulması ilə bağlı layihə icra edəcək.

Xarici agentliklər xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Bu məqsədlə “TMTG” və “Digital World Acquisition Corp” şirkətinin birləşdirilməsi də nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, hələ bu ilin oktyabr ayında Donald Tramp “Truth Social” adlı yeni sosial şəbəkənin yaradılacağını bəyan etmişdi. Onun sözlərinə görə, 2022-ci ilin birinci rübündə açılması nəzərdə tutulan bu platforma “hər hansı ayrı-seçkilik olmadan açıq qlobal dialoqun qurulmasını” təmin edəcək.

Xatırladaq ki, hazırda internet aləmində hakim mövqeyə malik bir sıra nəhəng sosial platformalar (Facebook, Tvitter və s.) sabiq prezidentin bütün hesablarını qapadıb. Onlar 2021-ci ilin yanvar ayının 6-da Tramp tərəfdarlarının ABŞ Konqresinin binasına hücum çəkməsindən sonra belə bir qərar alıblar./Musavat.com

Xəbər lenti