Xəzər Xəbər

Qum dənəsi boyda kamera yaradıldı

Texnologiya | 15:37 • 3 Dekabr 2021
Qum dənəsi boyda kamera yaradıldı

Prinston və Vaşinqton Universitetlərinin alimlər qum dənəciyi ölçüsündə kamera yarada biliblər.

XəzərXəbər "technote"a istinadən xəbər verir ki, bu cür kiçik ölçüyə sahib olmasına baxmayaraq, sözügedən kamera keyfiyyətli rəngli fotolar çəkə bilir.

Perspektivdə isə bu cür kameralardan müxtəlif səthlər yaratmaq mümkün ola bilər. Yaradılmış kiçik kamera dairəvi formada olan qravüranı xatırladan şəffaf panel şəklindədir. Əslində isə 0.5 mm diametrə sahib həmin dairəvi qravür özündə 1.6 milyon ədəd silindri birləşdirir. Hər bir silindr unikal formaya sahibdir və optik anten kimi çalışır.

Sözügedən silindrlər birlikdə optik dalğa frontunu yaradırlar. Daha sonra isə sistem süni zəka alqoritmi sayəsində təsviri yarada bilir. Nəticədə mövcud olan kiçik ölçülü kameraların çəkdikləri fotolardan daha keyfiyyətli foto əldə edilir. Kameranın testlərini aparan zaman mütəxəssislər 720x720 piksel keyfiyyətində olan tam rəngli foto əldə ediblər.

Bu kameranın əsas üstünlüyü ondan ibarətdir ki, onun istehsalı asan başa gəlir. Belə ki, onlar silisium nitritdən hazırlanır.

Onların konstruksiyalarında istifadə olunan nanostrukturlar isə DUV litoqrafiyası vasitəsilə əldə edilir. Praktiki cəhətdən bu cür kameralar təkcə tibb sahəsində deyil digər bir çox sahədə də istifadə edilə bilər.
Alimlərin sözlərinə əsasən, demək olar istənilən səthi bu kameralar ilə təchiz etmək mümkündür Bu halda smartfonlar üçün 2 və ya 3 kamera lazım olmayacaq. Bu cür kameraları smartfonun arxa panelinə quraşdırandan sonra smartfonun arxa hissəsi böyük bir kamera funksiyasını yerinə yetirə biləcək.

Xəbər lenti