Xəzər Xəbər

ABŞ yeni məxfi saxladığı PUA-sını nümayiş etdirib

Texnologiya | 09:21 • 20 Noyabr 2021
ABŞ yeni məxfi saxladığı PUA-sını nümayiş etdirib

ABŞ Hərbi Hava Qüvvələrinin Silahlanma üzrə qabaqcıl təcrübə mərkəzi məxfi saxladığı kəşfiyyat PUA-sı - "RQ-180 White Bat"ı nümayiş etdirib.

Dron "uçan qanad" sxeminə əsasən hazırlanıb. Ehtimal olunur ki, qurğu dronlar dəstəsini idarə etməyə qadir olan strateji gizli bombardmançı "B-21 Raider" ilə əlaqəyə malikdir. Yeni dronun "B-21" sistemi çərçivəsində fəaliyyət göstərməsi istisna edilmir.

Təqdim olunan materialda kəşfiyyat sahəsində digər nailiyyətləri, aktual və perpektiv kəşfiyyat qurğuları da nümayiş etdirilir.

Xəbər lenti