Xəzər Xəbər

“Tesla”da kütləvi xəta: Elektromobillər sahibləri üçün qapılarını açmır

Texnologiya | 13:00 • 21 Noyabr 2021
“Tesla”da kütləvi xəta: Elektromobillər sahibləri üçün qapılarını açmır

“Tesla” elektromobillərində kütləvi nasazlıq yaşanıb.

Sistem xətası ucbatından elektromobillərin sahibləri salona giriş imkanından məhrum olublar.

Sosial şəbəkələrdə 500-dən çox analoji şikayət qeydə alınıb.

Dünyanın ən varlı adamı İlon Maska məxsus şirkətin nümayəndələri hadisələri araşdıracaqlarını vəd ediblər.

Məsələ ilə rəsmi açıqlama verilməyib.

Mənbə: NBC

Xəbər lenti