Xəzər Xəbər

"Google" Çindəki ofislərini bağlayır

Texnologiya | 13:21 • 30 Yanvar 2020
"Google" Çindəki ofislərini bağlayır

"Google" koronavirusu ilə əlaqədər Çindəki ofislərini ölkədə keçirilən bayramlardan sonra bağlayacaq.

XəzərXəbər-in məlumatına görə, "Google"un nümayəndəsi bu tədbirləri Çin hökumətinin təlimatlarına əməl edildiyi ilə izah edib. Şirkət Çini tərk edən və yaxınlarda ölkədən gələn işçilərinə, ən azı 14 gün evdən işləməklərinə göstəriş verib.

Çindəki 4 ofisdən başqa, "Google" şirkətinin Honkong və Tayvandakı nümayəndəlikləridə bağlanacaq.

Xəbər lenti