Xəzər Xəbər

WhatsApp-da "oğru" virus var

Texnologiya | 12:59 • 9 Sentyabr 2018
WhatsApp-da "oğru" virus var
"ESET" antivirus şirkətinin mütəxəssisi Lukas Stefanko internetdə populyar "Viber" messenceri adı altında maskalanan casus proqramının peyda olması haqda məlumat verib. O, bu haqda "Twitter"də yazıb.

XəzərXəbər ICTnews-a istinadən bildirir ki, Stefanko bu proqramı "Google Play" rəsmi proqramlar mağazası altında maskalanmış saytda aşkar edib. Casus proqramının yaradıcıları "Viber"i mükəmməl şəkildə "kopya"layıblar, məsələn, üzərində "redaksiyanın seçimi" nişanı var, 500 milyondan çox yüklənilməsi, həmçinin istifadəçilər tərəfindən verilmiş orta qiymət (4,3 bal) göstərilib.

Saxta "Viber" proqramı aparata quraşdırıldıqdan sonra qurğunun yaddaşında və "SD" kartda fayllara geniş müraciət hüququ istəyir.

Sözügedən casus proqramı iş zamanı "WhatsApp" və "WeChat" messencerlərindən mediafayl, sənədləri, qurğunun yaddaşında olan bütün şəkil və başqa yüklənilmiş faylları gizlicə oğurlayır, həmçinin zəngləri yaza bilər.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024