Xəzər Xəbər

Smartfon istifadəçilərinə xoş xəbər

Texnologiya | 13:56 • 26 İyun 2018
Smartfon istifadəçilərinə

Qrup halında video-görüntülü söhbət hələlik 4 nəfərlə mümkündür

"Whatsapp" istifadəçiləri üçün yeni funksiya yaradılıb. Bundan sonra istifadəçilər görüntülü qrup söhbətləri də edə biləcəklər.

Məlumata görə, bundan sonra hər bir "Whatsapp" istifadəçisi eyni anda 4 nəfərlə video görüntülü damışa biləcək.

Xatırladaq ki, daha əvvəl "Beta" versiyasını istifadə edən istifadəçilər video-görüntülü qrup söhbətlərindən istifadə edirdilər. Hazırda bütün istifadəçilər bundan yararlana bilər.

Qrup halında video-görüntülü söhbət hələlik 4 nəfərlə mümkündür. Söhbətə çağırdığınız istifadəçilər razılıq verdikdən sonra ekran 4 hissəyə bölünəcək və siz görüntülü söhbət edə biləcəksiniz.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024