Xəzər Xəbər

İnstaqramdan yenilik gəlir

Texnologiya | 14:31 • 18 Yanvar 2018
İnstaqramdan yenilik gəlir

İnstaqram sosial şəbəkəsi öz istifadəçilərinə yenilik təqdim edəcək.

İnstaqram da WhatsApp və "Facebook"un ən məşhur xüsusiyyətlərindən birinə malik olacaq. Belə ki, bundan sonra İnstaqramda da istifadəçilərin ən son görüldüyü vaxt və aktiv olduqları zaman göstəriləcək. Bu yenilik sayəsində siz nəinki ən çox mesajlaşdığınız istifadəçilərin, hətta sizi izləməyən istifadəçilərin də nə zaman online olduğunu biləcəksiniz. İstifadəçilər İnstaqramın xüsusi mesajlar bölməsinə daxil olduqda istədikləri şəxsin ən son nə vaxt xətdə olduğuna baxa biləcəklər. Bu xüsusiyyətlər hazırda test mərhələsindədir və həm Android, həm də iOS cihazlarına tətbiq olunacaq. Həmin platformalarda istifadəçilər üçün yeni funksiyalar eyni vaxtda veriləcək.

Xəbər lenti

Çox oxunanlar