Xəzər Xəbər

Youtube reklam gəliri qaydalarını sərtləşdirir

Texnologiya | 13:56 • 18 Yanvar 2018
Youtube reklam gəliri qaydalarını sərtləşdirir

Youtube video materiallara yeni qaydalar tətbiq edəcək. Yeni əlavə olunan iki meyarı yerinə yetirməyənlərə reklam əlavə olunmayacaq.

Bu iki meyarın, ən az 1000 abunə sayı və videoların son bir ildə minimum 4 min saatdan çox izlənilməsi olduğu bildirilir. Youtube yeni qaydanın 9 ay əvvəl təyin olunan və cəmi 10 min baxışdan daha yüksək standart olduğunu açıqlayıb.

Youtube yeni qaydaların, "arzuolunmaz video yerləşdirənlər, təqlidçilər və digər pis blogerlərlə" mübarizəyə yardımçı olacağını, "uyğun gəlməyən videoların gəlir götürməsinə" mane olacağını bildirib.

Xəbər lenti