Xəzər Xəbər

Çində BMW-nin akkumulyator zavodu işə başlayıb

Texnologiya | 14:07 • 25 Oktyabr 2017
Çində BMW-nin akkumulyator zavodu işə başlayıb

Almaniyanın iri avtomobil istehsalçılarından olan BMW-nin Avropadan kənarda ilk akkumulyator zavodu Çində fəaliyyətə başlayıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Şenyan şəhərində işə başlayan zavodda BMW-nin Çindəki müştərək müəssisəsində buraxılan avtomobillər üçün akkumulyatorlar istehsal olunacaq. Bu, BMW-nin dünyada 3-cü akkumulyator zavodudur.

"BMW Brilliance Automotive Ltd.”nin icarçı direktoru Vey Lande bildirib ki, zavod şirkətin elektrik avtomobilləri üçün batareyalar və enerji doldurma məntəqələri üçün avadanlıq da istehsal edəcək.

Qeyd edək ki, "BMW Brilliance Automotive Ltd.” "BMW Group” (Almaniya) və "Brilliance China Automotive Holdings Ltd.”nin (Çin) müştərək müəssisədir. Şenyan şəhərində 2003-cü ildən fəaliyyətə başlayan şirkət BMW avtomobillərinin Çində istehsalını və satışını həyata keçirir. "BMW Brilliance Automotive Ltd.”nin Çində iki avtomobil istehsalı zavodu və mühərrik zavodu fəaliyyət göstərir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024