Xəzər Xəbər

Türk astranomlar yeni planet kəşf etdi İLK DƏFƏ

Texnologiya | 11:40 • 14 Avqust 2017
Türk astranomlar yeni planet kəşf etdi

Türkiyənin Ankara və Ege universitetinin mütəxəssisləri Günəş sisteminə 212 işıq ili uzaqlığında yerləşən bir planet kəşf edib.

Elm adamları bu planetin Yupiterə bənzədiyini açıqlayıb.

2007-ci ildə Ankara universitetinin başçılığı ilə başladılan yeni planet axtarışlarına yapon və rus elm adamları da qoşulub.

Ankara Universiteti Kosmos və Astronomiya fakültəsinin rəhbəri Məsud Yılmaz tapıntı ilə bağlı açıqlama verib:
"Bildiyim qədərilə Yaponiya, ABŞ, Fransa və Kanada kəşf etdikləri ilk planetə ad qoymuşdular. Biz də bu ənənəni davam etdirmək istəyirik. Planetə "Türk”, "Türk1” ya da "Atatürk” adını qoymaq istəyirik. Bunun üçün bir səsvermə də təşkil edəcəyik”./publika.az

Xəbər lenti