"WannaCry” virusunun yayılmasına görə, məsuliyyət müxtəlif ölkələrin hakimiyyətləri və xüsusi xidmət orqanlarının üzərinə düşür.
Bu barədə "Microsoft” kampaniyasının prezidenti Bred Smit öz bloqunda yazıb.
Onun sözlərinə görə, hökumətlər öz məqsədlərinə nail olmaq üçün proqram
təminatında boşluqlar haqqında məlumatlar yığır, daha sonra isə hakerlər
bu məlumatlardan istifadə edirlər.
Smit bunu ABŞ ordusundan Tomahawk raketlərinin istifadəsi ilə müqayisə
edib. O, hakimiyyətləri proqramlarda olan çatışmazlıqlar barədə bütün
məlumatları birbaşa proqram yaradıcılarına ötürməyə çağırıb.
"Biz Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) topladığı boşluqların
"Wikileaks” tərəfindən yayılmasının şahidi olduq, indi isə ABŞ Milli
Təhlükəsizlik Agentliyindən oğurlanan məlumatlar bütün dünyada olan
istifadəçilərə zərər vurdu”, - deyə Smit bəyan edib.
Qeyd edək ki, daha əvvəl İnterpol 150 ölkədə 200 min nəfəri əhatə edən
kiber hücumla bağlı məlumat yayıb. İnterpolun rəhbəri Rob Vainrayt bunu
"tarixin ən böyük kiber fidyə hücumu” adlandırıb. Onun sözlərinə görə,
kiber hücumlar təkrarlana bilər.
""WannaCry” adlandırılan virus kompüterlərdə sənədlərə girişi
məhdudlaşdırır və 300 dollar müqabilində sənədlərə yenidən baxmaq
mümkündür./azvision.az