Xəzər Xəbər

Hadisə haqqında yayılan xəbərə aydınlıq gətirdi

Şou Biznes | 16:22 • 10 Sentyabr 2022
Hadisə haqqında yayılan xəbərə aydınlıq gətirdi

Bir müddətdir evliliyinin yolunda getmədiyi deyilən müğənni Hadisə haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddiaya görə, M. Dinçerler may ayında nikah bağladıqdan sonra övlad sahibi olmaq istəyib. Lakin Hadisə iş qrafikinin sıxlığı səbəbindən ana olmağı müvəqqəti təxirə salmaq istədiyini bildirib. Bu anlaşılmazlıq tərəflər arasında ayrılığa səbəb olub. Yayılan xəbərlərə görə, küsülü olan cütlüyü barışdırmaq üçün ailələr işə qarışıb.

 İfaçı sosial şəbəkə hesabında deyilənlərə aydınlıq gətirib:

“Bu qədər özəl bir mövzu haqqında açıqlama vermək məcburiyyətində olduğum üçün çox narahatam. Ancaq davamlı olaraq haqqımda çıxan saxta hamiləlik xəbərləri məni bu açıqlamanı verməyə məcbur etdi. Hamilə deyiləm və bunun üçün də heç bir müalicə görmürəm”.

Qeyd edək ki, Hadisə iş adamı Mehmet Dinçerlerlə ailəlidir. Estrada müğənnisi Mehmet Dinçerlerin evlilik təklifi zamanı ona hədiyyə etdiyi brilyant qaşlı üzüyü ailə qurandan sonrakı bütün konsertlərində həmişə taxsa da, son iki konsertində üzüyü onun barmağında görən olmayıb. Eyni zamanda tədbirlərə qatılan Mehmetin də barmağında üzüyü görünməyib. Bu da onların ayrıldığı iddiasını ortaya atıb.

Xəbər lenti