Xəzər Xəbər

Bred Pitt Ancelina Colini ittiham edir: rusiyalı oliqarxla...

Şou Biznes | 14:40 • 8 İyun 2022
Bred Pitt Ancelina Colini  ittiham edir: rusiyalı oliqarxla...

58 yaşlı amerikalı aktyor və kinoprodüser Bred Pitt keçmiş həyat yoldaşı, 47 yaşlı aktrisa Ancelina Colini sənətçidən qisas almaq üçün rusiyalı oliqarxla əlbir olmaqda ittiham edib.

XəzərXəbər xəbər verir ki, bu barədə “DailyMail” məlumat yayıb.

 

“Bir zamanlar Hollivudda” filminin ulduzunun keçmiş həyat yoldaşının 2021-ci ildə Pittin özünə məxsus “Mirava” şərab zavodunda payını satdığını və bu faktı da qəsdən aktyordan gizlətdiyini biləndə qəzəbləndiyi bildirilir. Səhmin alıcısı isə rusiyalı oliqarx və alkoqol maqnatı Yuri Şefler olub.

Keçmiş cütlük arasında məhkəmə prosesi üçün təqdim olunan sənədlərdə aktyorun vəkilləri Şeflerin əvvəldən “zəhərli niyyətləri” olduğunu və Pittin şərab biznesindəki bütün paylara sahib olmağı planlaşdırdığını göstəriblər.

“Coli bundan xəbərdar idi, Şefler və onun filiallarının Pitt tərəfindən qurulan biznesə nəzarət etməyə çalışacağını, həmçinin sənətçinin “Mirava”dakı sərmayəsini pozacağını düşünürdü”, - deyə məhkəmədə bildirilib.

Aktyorun vəkilləri bildiriblər ki, Colinin bu hərəkəti məhkəmənin keçmiş həyat yoldaşlarına beş azyaşlı övladlarına bərabər himayədarlıq verilməsi ilə bağlı ilkin qərar çıxarması, “Malefisenta” ulduzunun isə onları özünün böyütməyi planlaşdırması ilə bağlıdır./Oxu.az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024