Xəzər Xəbər

Əmrahla bağlı inanılmaz iddia: Ögey qardaşı və anası...

Şou Biznes | 14:36 • 7 Aprel 2022
Əmrahla bağlı inanılmaz iddia: Ögey qardaşı və anası...
Məşhur müğənni Əmrah haqqında maraqlı iddia ortaya atılıb.
 
"Söylemezsem Olmaz” verilişində aparıcı Seren Serengil  ifaçının  illər əvvəl kinolarda rol alarkən ögey qardaşı tərəfindən zorakılığa məruz qaldığını, pulunun ondan alındığını irəli sürüb. O, Əmrahın uşaq aktyor kimi populyarlaşdığı illərdə anası ilə görüşməsinə icazə verilmədiyini deyib:
"Böyüyənə qədər anasından ayrı qaldı. O zamanlar çox pul qazanırdı, amma Əmraha verilmədi. O vaxt ögey qardaşı Əmrahı işlədirdi, anasını da uzaqlaşdırmışdı. Sırf pul ona qalsın deyə”.
 
Müğənninin anası isə canlı yayım zamanı "Mən Əmrahı heç zaman tərk etmədim”, - deyə mesaj göndərib.
 
S.Serengil, həmçinin Əmrah ilə sevgi iddialarına da cavab verib və belə bir şeyin olmadığını deyib: "Məndən küsüb, haqlıdır. Amma onlar üçün darıxmışam. Əmrahı çox sevirəm”./Sfera.az

Xəbər lenti