Xəzər Xəbər

Yazıq valideyn, nə deyib ağlasın görəsən? - Nadir ölən qızdan YAZDI

Şou Biznes | 10:05 • 7 Aprel 2022
Yazıq valideyn, nə deyib ağlasın görəsən? - Nadir ölən qızdan YAZDI

Xəbər verdiyimiz kimi, aprelin 3-də "Location" klubda baş verən partlayış zamanı xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva ötən gün müalicə aldığı xəstəxanada vəfat edib.

XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə mərhumun gecə klublarında əyləndiyi anın görüntülərinin yayılması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Görüntülərə tənqid yazanlardan biri də müğənni Nadir Qafarzadə olub:

"İndiki bəzi qızlar niyə ailə qurub, xanım olmaq istəmirlər ki? 23 yaşlı qız həyatını məhv etdi. Öz həyatını darmadağın etdi. Məncə bu hadisə bir çox gənc xanıma dərs olar. Yazıq valideyn, gör indi nə haldadır. Nə deyib ağlasın görəsən? Ey gənclər, həyatınızı məhv etməyin!".

Qeyd edək ki, Fərqanə Eynullayeva 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.

Xəbər lenti