Xəzər Xəbər

Günel “İbo Show”dakı ifaları ilə Türkiyə trendlərində

Şou Biznes | 13:44 • 22 Fevral 2022
Günel “İbo Show”dakı ifaları ilə Türkiyə trendlərində

Müğənni Günel Zeynalova ötən günlərdə “İbo Show”da qonaq olmuşdu.

XəzərXəbər xəbər verir ki, sənətçi gecədə bir-birindən fərqli ifalar səsləndirib. Sosial mediada diqqət çəkən isə onun İbrahim Tatlısesin repertuarından seçdiyi “Yıkılmışım ben”, “Yalnızım” və “Benim hayatım” mahnıları olub.

Günel “Twitter”də ən çox müzakirə edilənlər sırasında olub. Onun ifaları “Youtube” Türkiyə trendində 19-cu, Azərbaycan trendində isə 13-cü yerdə qərarlaşıb.

Xəbər lenti