Xəzər Xəbər

Türkiyəli aktrisanın reklam çarxından qazandığı fantastik məbləğ gündəm oldu

Şou Biznes | 17:38 • 21 Fevral 2022
Türkiyəli aktrisanın reklam çarxından qazandığı fantastik məbləğ gündəm oldu

Sosial şəbəkələrdə ən çox müzakirə olunan məşhurlardan biri, aktrisa Gökçe Bahadır bu dəfə də reklam çarxının təqdimatından qazandığı qonorarla gündəmə gəlib.

Zərgərlik firmasının reklam siması olan məşhur aktrisanın qonorarı gündəm olub.

Bəzilər sosial şəbəkələrdə Bahadırın əldə etdiyi məbləğin 5 milyon lirə, bəziləri isə 1 milyon lirə olduğunu yazıblar.

Daha sonra məlum olub ki, aktrisa təqdimatdan üç milyon lirə qazanıb.

25 fevralda musiqiçi sevgilisi Emir Ersoyla nikah masasına oturacaq Bahadırın toyunun sentyabrda Çeşmedə keçiriləcəyi planlaşdırılır.

Mənbə: Takvim

Xəbər lenti