Xəzər Xəbər

“Yaprak dökümü”nün aktrisasından etiraf: pis qadın olsa da...

Şou Biznes | 14:23 • 28 Yanvar 2022
“Yaprak dökümü”nün aktrisasından etiraf: pis qadın olsa da...

“Yaprak dökümü” serialının mənfi qəhrəmanı Dəniz Çakır sözügedən layihədəki Ferhunde rolunun həyatını dəyişdirdiyini dilə gətirib. 

Aktrisa “Bloomberg HT”də nümayiş olunan “Fatih Altaylı ile Bire Bir” verilişinin qonağı olub. 

“Serialın həm uzun illər davam etməsi, həm də yazıçı-aktrisa münasibətinin çox yaxşı olması təsirli oldu. O rol qiymətlim idi. Ferhunde pis qadın olsa da, bilmədiyim çox şeyləri mənə öyrətdi. O, mənə bir qadın olaraq yaşamadığım bir çox duyğuları yaşatdı”, - Dəniz qeyd edib.

Çakır işini keyfiyyətli yerinə yetirməyə çalışdığını vurğulayıb: “Çox işi qəbul etmirəm, həqiqətən də ssenariyə inanmalıyam. İnanmadığım bir şeyi edə bilmirəm. Aktyorluq çox heyran olduğum bir peşə idi. Jurnalist və ya hüquqşünas olmaq istəyirdim. Konservatoriyaya imtahan verdim, amma özümə o qədər də inanmırdım. Sonra Hacettepe Universitetini qazandım. Ankara Dövlət Teatrında Zeynep Eronatın "Göya" tamaşasına baxdım. Heyrətləndim. O an səhnədə olmaq istədiyimi hiss etdim. 

Seriala başlayacağamsa, aktyor heyətində kimlərin olduğuna diqqət edirəm. Məndən kiçik olsalar da, böyük olsalar da... Çünki alış-verişimiz olacaq. Sənətini mənim kimi sevən insanlarla işləmək istəyirəm. Onda işləmək də gözəldir. Bildiyiniz kimi, seriallar uzun saatlar çəkir və çox yorucudur”.

Dəniz Çakır iddialı səhnə geyimi ilə tənqid olunan müğənni Gülşənə də dəstək olub:

“Kimə nə! Sənə nə! Üstəlik, haqqında danışdığımız səhnə adamıdır. Çox yaraşır. Dayanma Gülşən! Narahat edirsə, baxma, izləmə. Bunu kobud şəkildə edə bilənlər şəxsi həyatlarında çökmüş insanlardır”./Publika.az 

Xəbər lenti