Xəzər Xəbər

Məşhur aparıcının həyat yoldaşının qətli ilə bağlı DETALLAR BƏLLİ OLDU

Şou Biznes | 15:14 • 28 Yanvar 2022
Məşhur aparıcının həyat yoldaşının qətli ilə bağlı DETALLAR BƏLLİ OLDU

Türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, tanınmış vəkil Şafak Mahmutyazıcıoğlunun ölümü ilə bağlı detallar məlum olub.

İddialara görə, Mahmutyazıcıoğlu iki qrup arasındakı münaqişəni həll etmək üçün tez-tez getdiyi Yeşilköydəki balıq restoranında görüş təşkil edib. Onun vasitəçiliyi ilə bir araya gələn iki tərəf arasındakı mübahisə əvvəlcə həll olunub. Görüşün sonuna yaxın, tərəflərdən biri razılaşmanı pozduğunu bildirərək sərt reaksiyalar verib və masa arxasında mübahisə yaranıb. Dava böyüyüb, silah səsləri eşidilib. Tərəflərdən birinin açdığı atəş nəticəsində Mahmutyazıcıoğlunun sürücüsünün qardaşı oğlu yaralanıb. Şafak yaralanan şəxsə yardım etmək istəyən zaman özü də güllələnib – 4 güllədən üçü ayağına dəyib, biri isə çanağından keçən aorta damarını parçalayıb, qan itkisinə görə Mahmutyazıcıoğlu hadisə yerində dünyasını dəyişib.

Olayda iştirak edən 6 nəfər haqqında həbs qərarı çıxarılıb, onlardan 2-si Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən tutulub. Uğur Can Bilge və Gökhan Karakan saxlanılıb, Ali Yasak, Kadir Yasak, Seccad Yeşil və Serkan Dakmanın  isə tutulması üçün işlərin davam etdiyi bildirilib.

Qeyd edək ki, Mahmutyazıcıoğlu daha əvvəl Beşiktaş İdman Klubunda menecer vəzifəsində çalışıb./Sfera.az 

Xəbər lenti