Xəzər Xəbər

Hande Erçel ilə Kerem Bürsin ayrıldı - Dostları barışdırmağa çalışdı, amma...

Şou Biznes | 15:40 • 27 Yanvar 2022
Hande Erçel ilə Kerem Bürsin ayrıldı - Dostları barışdırmağa çalışdı, amma...

"Sen Çal Kapımı” serialının çəkilişləri zamanı tanış olub eşq yaşayan türkiyəli cütlük Hande Erçel və Kerem Bürsin ayrılıb.

Uzun müddətdir münasibət yaşayan ikilinin ötən həftə ayrılıq qərarı aldıqları bəlli olub. İddialara görə, ilk addımı aktrisa atıb.  Məlumata əsasən, Bürsin barışmaq üçün yaxın ətrafını məsələyə cəlb edib. Amma Erçel dostlarına "Tamamilə bitdi, artıq dönüş yoxdur”, - deyə söyləyib.

Qeyd edək ki, ötən həftələrdə bacısı Qamze Erçelin doğum gününü qeyd etmək üçün Sapancaya gedən Handenin tək olması diqqət çəkmişdi./Sfera.az 

Xəbər lenti