Xəzər Xəbər

Aktrisanın məşhur serialdan ayrılma səbəbi təəccüb yaratdı

Şou Biznes | 10:46 • 27 Yanvar 2022
Aktrisanın məşhur serialdan ayrılma səbəbi təəccüb yaratdı

Türkiyənin reytinqli serialı “Camdakı kız”ın aktyor heyətinə qatılan aktrisa Yüsra Geyikin buradakı rolu uzun davam etməyib.

Aktrisanın serialdan ayrılma səbəbi təəccüb doğurub.

“Arka sokaklar” serialındakı rolu ilə yaddaşlara həkk olan Geyikin “Camdakı kız”da iştirakı üzünmüddətli planlaşdırılıbmış. Buna baxmayaraq, onun serialdakı rolu tədricən azalıb və 27-ci bölümdə İzmirə köçüb.

İddiaya görə, gənc aktrisanın ön plana çıxması bəzi baş rol ifaçılarını narahat edib və bu səbəbdən də onun rolunun ömrü qısa olub. İddianın doğru olub-olmaması və hansı sənətçilərin narahatlıq keçirməsi isə maraq doğurur.

Mənbə: Snob Magazin

Xəbər lenti

Çox oxunanlar