Xəzər Xəbər

Ağır çəkili müğənnidən sərt reaksiya – Özümü heç vaxt səhnədən atmamışam

Şou Biznes | 12:19 • 1 Avqust 2021
Ağır çəkili müğənnidən sərt reaksiya – Özümü heç vaxt səhnədən atmamışam

ABŞ-ın məşhur ağır çəkili müğənnisi Lizzo sosial şəbəkələrdə haqqında yayılan şayiələrə sərt reaksiya verib.

33 yaşlı müğənni sosial şəbəkələrdə pərəstişkarlarından birinin ölümünə səbəb olması ilə bağlı iddiaları belə cavablayıb:

"Mənə guya səhnədən dinləyicilərin üstünə özümü ataraq bir nəfərin ölümünə səbəb olmağım barədə yayılan xəbərlər çox pis təsir etdi.

Bu yalandır! Mən heç vaxt özümü səhnədən tamaşaçıların üstünə atmamışam".

Lizzo sosial media istifadəçilərindən bu tip yalanlara son vermələrini tələb edib./Bizim.Media 

Xəbər lenti