Xəzər Xəbər

Azərbaycanlı aktrisa özündə 6 yaş kiçik türk aktyora ərə gedir

Şou Biznes | 10:59 • 1 Avqust 2021
Azərbaycanlı aktrisa özündə 6 yaş kiçik türk aktyora ərə gedir

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sevgilisi, türk aktyor Gökhan Alkanla evlənir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, aktyor ailə arasında təşkil olunan axşam yeməyində Nəsrinə sürpriz evlilik təklifi edib. Azərbaycanlı aktrisa sevgilisinə "hə" cavabını verib.

Qeyd edək ki, cütlük "Yasak elma" serialında birgə rol aldıqdan sonra münasibətə başlayıb.

Onu da qeyd edək ki, 33 yaşlı Gökhan Alkan aktyorluq karyerası ərzində "Muhteşem Yüzyıl", "Herşey Yolunda Merkez", "Gurbette Aşk Bir Yastıkta", "Kocamın Ailesi", "Seviyor Sevmiyor", "Kalp Atışı", "Zengin ve Yoksul", "Yasak Elma" və "Kalp Yarası" seriallarına çəkilib.

Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda dünyaya gəlib. 11 yaşında Türkiyəyə köçən aktrisa Mərmərə Universitetinin Kino və Televiziya fakültəsini bitirib. 39 yaşlı aktrisa indiyədək "Samanyolu", "Al Yazmalım", "Ağır Roman Yeni Dünya", "Görüş Günü Kadınları", "Küçük Ağa", "Kış Güneşi", "Bizim Hikaye", "Yasak Elma" seriallarına və bir çox filmə çəkilib./Qaynarinfo 

Xəbər lenti