Xəzər Xəbər

Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI

Şou Biznes | 13:51 • 29 Aprel 2021
Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI
Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.
 
XəzərXəbər xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Yeni klinika”nın reanimatoloqu Emil Qasımov məlumat verib.
 
O bildirib ki, Xalq artistinə hazırda invaziv mexaniki ventilyasiya tətbiq edilib və o, süni tənəffüs aparatının dəstəyi altındadır:
 
"Hazırda xəstənin parametrləri qənaətbəxş hesab edilmir. Lazım olan bütün tədbirləri görürük. İntensiv müalicə davam etdirilir. Hələ ki, Arif Quliyevin vəziyyəti ciddi-kritikdir”.
 
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun ECMO cihazına qoşulduğu barədə məlumat verilib.

Xəbər lenti