Xəzər Xəbər

Bundan sonra daha çox qonorar tələb edəcəklər

Şou Biznes | 15:48 • 29 Aprel 2021
Bundan sonra daha çox qonorar tələb edəcəklər

Ötən ildən bu günə qədər xaricdə nümayiş olunan Türkiyə istehsallı ekran işlərinin ümumi gəliri 500 milyon dollara qədər yüksəlib. Bu vəziyyətdən istifadə edən məşhur aktyorlar Kıvanç Tatlıtuğ və Çağatay Ulusoy gözlənilməz addım atıblar. Onlar bundan sonra ekran əsərlərini ərsəyə gətirən şirkətlərlə müqavilə imzalayarkən yeni maddə əlavə edəcəklərini bildiriblər.

XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, bu maddə ilə aktyorlar çəkildikləri ekran işləri xarici ölkələrdə yayımlanacağı təqdirdə qonarar alacaqlar.

Onlar bu maddəni əlavə etməkdə ciddi olduqlarını və şirkətlər qəbul etmədikdə isə layihədən geri çəkiləcəklərini bildiriblər.

Xəbər lenti

Çox oxunanlar