Xəzər Xəbər

Arif Quliyevin səhhəti yenidən pisləşdi

Şou Biznes | 15:21 • 27 Aprel 2021
Arif Quliyevin səhhəti yenidən pisləşdi

Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib. 

Bu barədə aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının səhhətinin yenidən pisləşdiyini qeyd edib: “Səhər səhhətində müəyyən normallaşma var idi, günorta yenidən vəziyyəti ağırlaşıb”.

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika" ya yerləşdirilib.

“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov isə açıqlamasında aktyorun səhhətinin hazırda ağır stabil olduğunu, süni tənəffüs dəstəyində olduğunu deyib./apa

Xəbər lenti