Xəzər Xəbər

Sevgilisi Hadisəyə 57 minlik çanta hədiyyə etdi

Şou Biznes | 14:48 • 27 Aprel 2021
Sevgilisi Hadisəyə 57 minlik çanta hədiyyə etdi

Evlənmə qərarı alan müğənni Hadisə və  tanınmış aktyor Kaan yenidən gündəmə gəlib.  

Ayrılıq  xəbərlərini təkzib etmək üçün Kaan Yıldırım sevgilisi  Hadisəyə  iki böyük jest edib.  Belə ki, aktyor  Hadisə  üçün xaricdən sifariş etdirdiyi 34 min dollarlıq (57 min 800 manat) çanta hədiyyə alıb. Sözügedən akssesuar "Fendi" brendinə məxsusdur. Eyni zamanda Yıldırım sevgilisi üçün Maldiv adalarına istirahət paketi də sifariş edib. Cütlük yaxın zamanlarda eqzotik təbiəti olan Maldivə səyahət edəcək.

Qeyd edək ki, bir müddət əvvəl iş adamı Reza Zerrabın müğənni Hadisə ilə həyat yoldaşı Ebru Gündəşə xəyanət etməsi ilə bağlı yayılan iddialar böyük səs-küy yaratmışdı. Bundan sonra sənətçinin sevgilisi Kaan Yıldırımın ailəsi, Hadisə ilə olan münasibətlərini yenidən gözdən keçirməsi ilə bağlı ona xəbərdarlıq edib.

Xəbər lenti