Xəzər Xəbər

Mustafa Sandal aylıq gəlirini açıqladı

Şou Biznes | 10:42 • 19 Mart 2021
Mustafa Sandal aylıq gəlirini açıqladı

"Məni ağlatma” adlı kitabında Dəfnə Samyeli ilə əlaqəsi olduğunu iddia edən tanınmış müğənni Mustafa Sandal adıçəkilən xanım tərəfindən məhkəməyə verilib.

Həqiqətə uyğun olmayan informasiya yaymaqda ittiham olunan pop ulduz hakim qarşısına çıxıb.
 
İki ilə qədər həbsi tələb olunan M.Sandal ifadəsi zamanı aylıq gəlirlərini açıqlamalı olub.
 
Məşhur ifaçı ayda 25 min lirə (təxminən 6 min manat) qazandığını bildirib.
 
M.Sandal bəyan edib ki, o, kitabda "əlaqə” yazdığı zaman yaxın münasibətləri nəzərdə tutmayıb. Sənətçinin bu sözlərindən sonra məhkəmə ittiham tərəfinə mövqeyini yenidən nəzərdən keçirmək üçün vaxt verib./Sfera.az

Xəbər lenti